Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp özünü İran və İsrail arasındakı münaqişənin həlli istiqamətində göstərdiyi səylərə görə tərifləyib.
Tezadlar.az xəbər verir ki, yazı onun Truth Social hesabında dərc edilib.
Ağ Evin rəhbəri özünün ağ-qara fotosunu əlavə edib, onun üzərində Tramp və onun administrasiyasının əsas xarici siyasət prinsipi iri hərflərlə – “Güc vasitəsilə sülh” yazılıb.
Amerika siyasətində “güc vasitəsilə sülh” silahlı qüvvələrdən və müxtəlif təzyiq alətlərindən istifadə etməyə hazır olmaq vasitəsilə ABŞ-ın dünya hökmranlığını təmin edir.
Bundan əvvəl Tramp İran-İsrail münaqişəsində atəşkəsin başladığını elan edərək, hər iki tərəfi onu pozmamağa çağırıb. O qeyd edib ki, atəşkəs qeyri-müəyyəndir və “əbədi davam edəcək”.
E.ŞİRİNOV