Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Yanvar 2026 / 23:40

Tramp: Avropa Qrenlandiyanı yox, Ukraynanı düşünməlidir

Avropa ölkələri diqqətini Qrenlandiya məsələsinə yox, Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəltməlidirlər.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.

Qeyd olunub ki, Tramp milli təhlükəsizliyin xarici təhdidlərdən qorunması üçün zəruri saydığı Qrenlandiyanı əldə etmək cəhdlərinə müqavimət göstərən Avropa liderlərini tənqid edib:

“Avropa diqqətini Rusiya və Ukrayna müharibəsinə yönəltməlidir, çünki, açığı, bunun nəyə gətirib çıxardığını görürsünüz. Avropanın diqqət yetirməli olduğu məsələ budur, Qrenlandiya deyil”.

Tramp Qrenlandiya ilə bağlı razılaşma olmadığı təqdirdə Avropa ölkələrinə qarşı rüsum tətbiq etmək planlarını həyata keçirəcəyi ilə bağlı sual belə cavab verib: “Bəli, 100 %”.

ABŞ lideri Danimarka adasını ələ keçirmək üçün güc tətbiq edib-etməyəcəyi sualını isə “Şərhsiz” deyərık cavablandırıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!