23 Avqust 2025 / 07:19

Tramp baş ağrıdır, Putin isə öz bildiyini edir…

Nəhayət, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə onu sanksiyalarla hədələyib. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ liderinin bu barədə çıxışı Ağ Evin sosial şəbəkələrdəki səhifələrində də yayımlanıb. Tramp deyib ki, iki həftə ərzində Ukraynadakı müharibənin həlli ilə bağlı çox mühüm qərar qəbul edəcək. Onun sözlərinə görə, belə bir qərara sanksiyalar, tariflər daxil ola bilər: “Lazım gələrsə, mən iki həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verə bilərəm”.
Bu iki həftə ərzində o, Moskva və Kiyevin münaqişənin nizamlanmasına yanaşmalarını öyrənmək istəyir. Bundan sonra o, Ukraynada sülh danışıqlarının dayanmasına kimin cavabdeh olduğunu müəyyən edəcək.

Amma anlaşılmır ki, Tramp artıq neçənci dəfədir Rusiyanı sanksiyalarla hədələyir, ortada isə bir nəticə yoxdur. Yəni, Azərbaycan atalar sözündə deyildiyi kimi, çaq-çaq baş ağrıdır, dəyirman isə öz bildiyini edir… Açması: Tramp vaxt itirir, Putin isə öz bildiyini edir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!