18 Sentyabr 2025 / 08:08

Tramp Baydenin bir qərarını ləğv etdi

ABŞ prezidenti Donald Trampın administrasiyası keçmiş prezident Co Baydenin digər ölkələrin informasiya manipulyasiyasına qarşı qərarını ləğv edib.

Tezadlar.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

“Birləşmiş Ştatlar xarici məlumatların manipulyasiyasına qarşı mübarizə üçün bütün mexanizmləri, eləcə də əvvəlki administrasiya tərəfindən yaradılmış hər hansı əlaqəli alətləri dayandırıb”, – departamentdən bildiriblər.

Press-relizdə bu mexanizmlərin “daxili siyasi senzura” üçün istifadə edildiyi xüsusi vurğulanıb. Dövlət Departamenti qeyd edib ki, Tramp administrasiyası təkcə “düşmən təbliğatı ilə qarşılaşmayacaq”, həm də amerikalıların “fikir mübadiləsi” hüququnu qoruyacaq.

Bundan əvvəl Bayden Trampın müttəfiqi, mühafizəkar siyasətçi Çarli Kirkin ölümünə münasibət bildirərək, ABŞ-da zorakılığa yer olmadığını bildirmişdi. Prezident kimi o, dəfələrlə Tramp və tərəfdarlarını “demokratiya üçün təhlükə” adlandırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!