Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı bəyan edib ki, Kiyev Avropa İttifaqının köməyilə Moskva ilə münaqişədə qələbəyə nail ola bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
“Tramp vurğulayıb ki, Ukrayna “Avropa İttifaqının köməyi ilə” qələbə qazana bilər. Amerika prezidenti ABŞ-ın bu məsələdə Kiyevə yardım etməsi barədə bir kəlmə də danışmadı”, – məlumatda bildirilib.
O, NATO vasitəsilə Ukraynaya silah tədarükünü xatırladıb, çox güman ki, NATO ölkələrinin ABŞ-dan silah alıb Ukraynaya ötürdüyü artıq qurulmuş mexanizmə istinad edir.
Nəşr vurğulayır ki, Trampın məntiqi münaqişəni tez dayandırmaq mümkün olmadıqda ondan mənfəət əldə etməkdir. Lakin bu variant Kiyevə və Avropadakı “müharibə tərəfinə” uyğun gəlmir, çünki onlar ABŞ-ın prosesdə maksimum iştirakını istəyirlər.
Sentyabrın 24-də Zelenski “Fox News” telekanalına müsahibəsində bildirib ki, Tramp Ukrayna münaqişəsində “sadəcə ərazilərin mübadiləsinin” mümkünsüzlüyünü indi başa düşür.
Zelenski həmçinin, Trampı Ukrayna ilə bağlı qərarda ondan çox şey asılı olan lider adlandırıb. Bundan başqa, Ukrayna lideri eyni müsahibədə Trampın Çin sədri Si Tsinpinin Ukrayna ilə bağlı mövqeyini dəyişə biləcəyini təklif edib.
E.ŞİRİNOV