14 Oktyabr 2025 / 12:23

Tramp bəzi Avropa liderlərini bəyənmədiyini etiraf etdi

Şarm əl-Şeyxdə keçirilən Qəzza sülh sammiti zamanı ABŞ prezidenti Donald Tramp bildirib ki, bəzi Avropa liderləri var ki, onun “xoşuna gəlmir”.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “Daily Mail” yayıb.

“Mən sizin bir çoxunuzu çoxdan tanıyıram. Siz mənim dostlarımsınız, gözəl insanlarsınız. Xüsusilə bəyənmədiyim cütlük var, lakin onların kim olduğunu sizə deməyəcəyəm. Bəziləri var ki, ümumiyyətlə, xoşuma gəlmir”, – Amerika lideri deyib.

Lakin Ağ Ev rəhbəri konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamayıb.

Bundan əvvəl Misirdə keçirilən sammit zamanı Tramp Kanadanın baş naziri Mark Karninin titulunu səhv müəyyən edib və səhvən onu prezident adlandırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!