21 Yanvar 2026 / 11:42

Tramp BMT-ni hərəkətsizlikdə günahlandırır

ABŞ prezidenti Donald Tramp BMT-nin münaqişələrin həllində ona kömək etmədiyini bildirib.

Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti məlumat verib.

O, beynəlxalq təşkilatı münaqişələrin həllində hərəkətsizlikdə günahlandırıb.

“Bütün müharibələri götürək, bitirdiyim müharibələri. BMT mənə bir dənə də olsun kömək etməyib”, – deyə o vurğulayıb.

Daha əvvəl Trampın BMT-ni əvəz edəcək yeni bir təşkilat yaratmaq qərarına gəldiyi bildirilirdi. Rusiya prezidenti Vladimir Putin Trampdan “Qəzza üzrə Sülh Şurası”na qoşulmaq üçün dəvət alıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!