Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp BMT-nin maliyyə problemlərini üzvlərini borclarını ödəməyə məcbur etməklə həll edə biləcəyini bildirdi.
Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Əgər onlar Trampın yanına gəlib ona desələr, NATO-nun borcunu ödəməsini təmin etdiyim kimi, hamını borcunu ödəməyə məcbur edərdim”, – deyə Amerika lideri bildirib.
Lakin Tramp ABŞ-ın öz borcunu ödəyib-ödəməyəcəyini dəqiqləşdirməyib.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş BMT-nin maliyyə çöküşü astanasında olduğunu bildirmişdi.
E.ŞİRİNOV