Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerika lideri təyyarədən ABŞ-ın birinci xanımı Melaniya Trampın müşayiəti ilə düşüb
ABŞ prezidenti Donald Tramp sentyabrın 16-da Böyük Britaniyaya dövlət səfərinə gəlib. Amerika liderinin təyyarəsi Stansted hava limanına enib.
Tezadlar.az xəbər verir ki, Ağ Evin sahibi ABŞ-ın birinci xanımı Melaniya Trampın müşayiəti ilə təyyarədən düşüb.
Pillələri endikdən sonra Tramp və həyat yoldaşı onları qarşılayanları salamlayıb və Amerika hökumətinin helikopterinə miniblər.
Xatırladaq ki, ABŞ prezidentinin Böyük Britaniyaya dövlət səfəri sentyabrın 17-nə planlaşdırılıb. Donald Trampla Böyük Britaniyanın baş naziri Key Starmerin görüşü zamanı hərbi texnologiya, elm və mülki nüvə enerjisi sahələrində əməkdaşlığa dair ümumi dəyəri 10 milyard dollardan çox olan sazişin imzalanması planlaşdırılır.
E.ŞİRİNOV