Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Bakı vaxtı ilə saat 20:00-da Ağ Evin Oval kabinetində bəyanatla çıxış edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “Roll Call” qəzeti Ağ Evin cədvəlinə istinadən məlumat yayıb.
“Saat 12-də (Bakı vaxtı ilə 20:00 – RED.) prezident bəyanatla çıxış edəcək”, – məlumatda deyilir.
Bəyanatın mövzusu dəqiqləşdirilməyib.
Avqustun 21-də Tramp bildirib ki, iki həftə ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həlli prosesi ilə bağlı vəziyyət aydınlaşacaq, ola bilsin ki, bundan sonra Vaşinqton fərqli hərəkət etməli olacaq.
“Reuters” agentliyi mənbələrə istinadən yazıb ki, Ukrayna ilə bağlı razılaşmaya ya Moskva, Vaşinqton və Kiyev arasında BMT Təhlükəsizlik Şurası tərəfindən tanınacaq üçtərəfli saziş, ya da 2022-ci il İstanbul razılaşmalarına qayıdış daxil ola bilər.
E.ŞİRİNOV