Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı liderləri və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən əvvəl Ağ Evin “böyük gün” keçirəcəyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp 18 avqustun Ağ Ev üçün böyük bir gün olacağını vurğulayıb. Birləşmiş Ştatlar bu qədər Aİ liderini qəbul etməkdən şərəf duyur, – deyə o, əmin edib.
“Mən heç vaxt bu qədər Avropa liderləri ilə eyni vaxtda görüşməmişəm. Onları qəbul etmək mənim üçün şərəfdir… Saxta media deyəcək ki, prezident Trampın gözəl Ağ Evimizdə bu qədər gözəl Avropa liderini qəbul etməsi böyük məğlubiyyətdir. Əslində, bu, Amerika üçün böyük şərəfdir”, – Amerika lideri elan edib.
Qeyd edəkki, bu gün, avqustun 18-də Tramp Zelenski ilə Vaşinqtonda görüşəcək, görüşdə ABŞ vitse-prezidenti J.D.Vens iştirak edəcək. Zelenski artıq Trampla görüşmək üçün ABŞ-a uçub.
E.ŞİRİNOV