Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Coca-Cola qazlı içkisinə dadlandırıcı olaraq qarğıdalı siropu əvəzinə qamış şəkəri şərbəti qatmağı təklif edib.
“Bu, onlar tərəfindən çox yaxşı bir addım olacaq, görəcəksiniz. Bu, daha yaxşı olacaq!” – ABŞ prezidenti sosial şəbəkədə yazıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Onun sözlərinə görə, Coca-Cola şirkəti artıq reseptin dəyişdirilməsinə razılıq verib.
Coca-Cola sözçüsü Trampın sözlərini birbaşa təsdiqləməsə də, vurğulayıb ki, şirkət “prezidentin entuziazmini qiymətləndirir” və yaxın gələcəkdə “yeni innovativ assortiment təklifləri” haqqında məlumat təqdim edəcək.
Donald Tramp özü də mütəmadi olaraq tərkibində süni dadlandırıcı aspartam olan dietik cola içir.
Prezident deyib ki, Oval kabinetdəki masasında ona qazlı içki gətirmələri üçün xüsusi düyməsi var.
BBC yazır ki, Coca-Cola-nın formulasındakı dəyişiklik ciddi itkilərə səbəb ola bilər.
Qarğıdalı emalediciləri Assosiasiyasının rəhbəri Con Bode də Trampın təklifi ilə razılaşmayıb.
Onun fikrincə, qarğıdalı şərbətinin ləğvi Amerikanın qida sənayesində minlərlə iş yerinin itirilməsinə səbəb olacaq, təsərrüfat gəlirlərini azaldacaq və şəkər idxalını artıracaq.
Son qərar isə şirkətindir…
***
Qeyd edək ki, dünyada istehsal olunan şəkərin 70%-i şəkər qamışından alınır. lk dəfə şəkər qamışından şəkər istehsalına başlayan ölkə Hindistan olduğundan, bu çoxillik ot bitkisinin mədəni bitki kimi ilk dəfə elə həmin ölkədə əkildiyi güman edilir .
Şəkər qamışı siropu, şəkər qamışının şirəsinin sıxılması və qaynadılması ilə hazırlanır. Bu proses şəkər qamışının təbii şirinliyini və dadını qoruyub saxlayır. Şəkər qamışı siropu bir çox reseptlərdə, xüsusən də kokteyllərdə, desertlərdə və qəhvədə istifadə olunur.
JASMİN