6 Oktyabr 2025 / 10:15

Tramp HAMAS-ı hədələdi, ona görə də…

Danışıqlar aparan nümayəndə heyətləri Trampın “ HAMAS hakimiyyətdə qalarsa, tam məhv ediləcək” xəbərdarlığından sonra Qəzza danışıqları üçün Misirə gedir. Tezadlar.az CNN- Türk- ə istinadla xatırladır ki, xəbər verir ki, CNN telekanalı BELƏ BİR məlumat yayıb. CNN Qəzzada müharibənin dayandırılacağı ilə bağlı son saatlarda nə baş verdiyinə dair bir sıra məlumatlar verib.
-ABŞ Prezidenti Donald Tramp CNN-ə açıqlamasında bildirib ki, HAMAS hakimiyyəti və Qəzzaya nəzarəti təhvil verməkdən imtina edəcəyi təqdirdə “tam məhv edilməklə” üz-üzə qalacaq. Bu açıqlama, onun təklif etdiyi atəşkəs planını irəli aparmaq istiqamətində davam edən səylərin fonunda səsləndirilib.

-HAMAS, İsrail və ABŞ nümayəndə heyətləri Trampın 20 maddəlik təklifinə əsaslanan razılaşmanı yekunlaşdırmaq məqsədilə Misirə yola düşüb.

Tramp bildirib ki, İsrail ilkin geriçəkilmə xəttini qəbul edib və əgər HAMAS da təsdiqləsə, atəşkəs “dərhal qüvvəyə minəcək.”

– Bununla belə, Trampın İsrailin Qəzza zolağını “müvəqqəti olaraq bombalamağı dayandırdığı” iddiasına baxmayaraq, Qəzza xəstəxanalarından gələn məlumata görə, şənbə günü İsrail hücumlarında onlarla insan həlak olub, bu gün isə azı 15 nəfərin öldüyü bildirilib.

Onu da Tramp bildirib ki, HAMAS-ın sülhə həqiqətən sadiq olub-olmadığına dair “tezliklə” aydınlıq yaranacağını gözləyir. HAMAS isə silahı yerə qoymayacağını bəyan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!