Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Harvard Universiteti tələbələrinin ölkəyə girişini 6 ay müddətinə dayandırıb. Tezadlar.az CNN-ə istinadla bildirir ki, qurumla mübahisələrin kəskinləşməsi fonunda ən qədim Amerika universitetində təhsil almaq üçün müraciət edənlər və mübadilə proqramlarının iştirakçıları ABŞ-a gəlmək imkanlarını itiriblər. CNN xəbər verir ki, Ağ Ev bu qərarları milli təhlükəsizlik maraqları ilə izah edib. Bundan əlavə, ABŞ prezidenti Dövlət Departamentinə hazırda Harvard tələbələrinin vizalarının ləğvi məsələsinə baxmağı tapşırıb. Altı aydan sonra qadağa yenidən uzadıla bilər. Universitet rəhbərliyi prezidentin qadağasını qurumun “hüquqlarını pozan daha bir qanunsuz addım” adlandırıb. Sitat: “Harvard beynəlxalq tələbələrini qorumağa davam edəcək”, – bəyanatda deyilir.
Trampın qərarı Bostondakı federal hakimin prezident administrasiyasının hərəkətlərinə qarşı geniş qadağa qoyacağını elan etməsindən bir həftə sonra verilib. Bunun sayəsində Ağ Evin Harvardın beynəlxalq tələbələrə təhsil vermək hüququnu ləğv etməsinin qarşısını almaq mümkün olacaq.
Qeyd edək ki, xarici ölkələrin tələbələri Amerikanın ən qədim universitetində tələbə heyətinin təxminən dörddə birini təşkil edir.