Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra bəyan edib ki, Ukraynaya görə III Dünya müharibəsinin qarşısı alınıb.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “C-Span” sitat gətirib.
Tramp vurğulayıb ki, Ukrayna böhranı Üçüncü Dünya Müharibəsinə səbəb ola bilərdi. “Bu olmayacaq. Amma ola bilərdi”, – o, Ağ Evdə jurnalistlərlə söhbətində bunu istisna edib.
Amerika lideri qeyd edib ki, Ukraynadakı münaqişə ABŞ-a aid deyil. “Rusiya prezidenti Vladimir Putinlə münasibətimə görə düşünürdüm ki, biz bunu tez bir zamanda həll edəcəyik”, – Tramp əlavə edib.
Xatırladaq ki, oktyabrın 16-da Tramp Putinlə iki saatlıq söhbət edib. Onun sözlərinə görə, dialoq zamanı “böyük irəliləyiş” əldə olunub. Amerika lideri rusiyalı həmkarı ilə Budapeştdə planlaşdırılan gələcək görüşdən də danışıb. Tramp həmçinin Rusiya prezidenti ilə söhbətini Ukrayna prezidenti Vladimir Zelenski ilə müzakirə edəcəyinə söz verib.
E.ŞİRİNOV