Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Yanvar 2026 / 10:05

Tramp indi də İranda yeni rəhbər axtarır…

Tramp sakitləşdi… Amma indi İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunun və Ayətullah Əli Xameneinin 37 illik hakimiyyətinə son qoymağın vaxtı çatdığını deyib. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında deyib. Belə ki, son üç həftədə ölkə üzrə minlərlə etirazçının öldürüldüyünü deyən Tramp, buna görə də ölkə rəhbərliyini hərbi müdaxilə ilə hədələdiyini xatırladıb. O, əvvəlcə iranlıları etirazları davam etdirməyə çağırsa da, daha sonra qətllərin dayandırıldığı barədə məlumat aldığını bildirib. Tramp İranın ali lideri Əli Xameneinin 800-dən çox insanın edam edilməməsi ilə bağlı verdiyi qərarı “doğru qərar” adlandırıb. Tramp onu da bildirib ki, rəsmi Tehran ölkəni zorakılıq və repressiya ilə idarə edir, ölkəni məhv edir və minlərlə insanın öldürülməsinə səbəb olur. O vurğulayıb ki, liderlik qorxu və ölümlə yox, hörmətlə olmalıdır. “Bu adam xəstədir. O ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi insanların yaşaması üçün dünyanın ən pis yeridir. Çünki liderlik zəifdir”.

Xameneyi isə Trampı hədələyib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!