Əsas məzmuna keç

Trampdan gözlənilməz əmr: “ABŞ vətəndaşları İranı təcili tərk etsin!”

ABŞ- İran danışıqlarına hazırlıqların aparıldığı bir vaxtda Tramp administrasiyası gözlənilməz qərar imzakayıb. Tezadlar.az CNN- ə istinadla bildirir ki, Tramp  ABŞ vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb. Mənbə bildirib ki, bu, hərbi əməliyyatın aparılmasına hesablanmış kimi görünür. Eyni zamanda bu xəbərdarlıq artan iğtişaşlar, rabitə məhdudiyyətlər və digər risqlərlə bağlıdır.  ABŞ-nin İrandakı virtual səfirliyi vətəndaşlara müstəqil təxliyə planları hazırlamağı tövsiyə edib və əlavə olunub ki, hökumət bu şəraitdə yalnız məhdud dəstək göstərə bilər.

Xatırladaq ki, iki gün əvvəl İran PUA- sı ABŞ- ın hərbi gəmisinə yaxınlaşıb, müşahidələr aparıb, lakin dərhal da zərərsizləşdirilib. Tramp bundan narahatlığını da gizlətməmişdi. Çünki PUA kəşfiyyat məlumatlarını artıq geriyə ötürmüşdü…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…