Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ İrana qarşı uğurlu hərbi əməliyyat keçirdi və nüvə bombasını Tehranın əlindən aldı”. Tezadlar,az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabındakı paylaşımında yazıb. Sitat: “Dünən biz bombanı onların əlindən alaraq, təsirli bir hərbi uğur əldə etdik. Onlar bacarsaydı, bundan istifadə edərdilər!. Dünənki hücum Vaşinqton üçün tam və mütləq qələbə idi”.
aBŞ prezidenti Amerikanın İrana zərbələrini ölkə konstitusiyasının pozulması adlandıran ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massini kəskin tənqid edib. Prezident respublikaçıların praymerizlərində partiya yoldaşının rəqibini dəstəkləyəcəyini bildirib.
Bu ilin mart ayında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib ki, ölkənin kəşfiyyat orqanları Tehranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir sübut görmürlər. İran isə ABŞ- ın hərbi bazalarına hücuma hazırlaşır.