Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Demokrat senatoru Kris Van Hollen ABŞ prezidenti Donald Trampın İran rəsmiləri ilə danışıqlar barədə verdiyi açıqlamaların “yalan” olduğunu iddia edib.
Tezadlar.az xəbər verir ki, Van Hollen bu sözləri CNN-ə verdiyi müsahibədə deyib.
Trampın İranın ABŞ ilə danışması və onların tələblərini qəbul etməyə hazır olması barədə verdiyi açıqlamaların həqiqəti əks etdirmədiyini iddia edən Van Hollen “Biz onun yalan danışdığını bilirik” deyib.
Van Hollen həmçinin Trampın İranın enerji infrastrukturunu hədəf almaq təhdidinə toxunaraq belə bir addımın “beynəlxalq hüquqa zidd” ola biləcəyini bildirib.
Van Hollen bunun “potensial müharibə cinayəti” ola biləcəyini qiymətləndirərək, “müharibə cinayətləri törədənləri məsuliyyətə cəlb edən sistemlərin” zəruriliyini vurğulayıb.
Dünən Tramp İranla “çox yaxşı” və “məhsuldar” danışıqların aparıldığını bildirib və İranın enerji infrastrukturuna hücumlarda beş günlük fasilə elan edib.
“ABŞ və İranın son iki gündə Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və qəti şəkildə həlli ilə bağlı çox yaxşı və məhsuldar müzakirələr apardığını bildirməkdən məmnunam. Bu dərin, ətraflı və konstruktiv müzakirələrin tonuna və atmosferinə əsaslanaraq, davam edən görüşlərin və müzakirələrin uğurundan asılı olaraq, Hərbi Nazirliyinə İran elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı hər hansı bir hərbi hücumu beş gün müddətinə təxirə salmağı tapşırdım”, – Tramp bildirib.
Tramp İran rəsmiləri ilə danışdığını qeyd etsə də, onların kimliklərini açıqlamayıb.
Lakin İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Trampın danışıqların baş tutduğu barədə açıqlamasını rədd ediblər.
E.ŞİRİNOV