Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2025 / 16:42

Tramp İsrail-İran müharibəsinə qoşuldu- DÜNYANI NƏ GÖZLƏYİR?

Bu gün səhərdən İsrail-İran müharibəsinə qoşulan Tramp səhər saatlarında ölkənin Fordo, Natanz və İsfahan nüvə obyektlərinə ağır bomba zərbələri endirib. Fordo, ümumiyyətlə Yer üzündən silinib. Hücumdan az sonra prezident D.Tramp Ağ Evdən xalqa müraciət edərək bu əməliyyatı “böyük hərbi uğur” kimi qiymətləndirib. O, “Yaxın Şərqdə terrorizm yuvası” adlandırdığı İranı sülh sənədi imzalamağa çağırıb. Proseslərdən məmnun qalmış Baş nazir B.Netanyahu ABŞ-ın bu “qətiyyətli hərəkəti”nin “tarixi dəyişəcəyini” deyib. Tam məğlub vəziyyətdə olan İrandan isə bir xəbər yoxdur. Yalnız Tasnim Agentliyi belə bir xəbər yayıb ki, guya Fordo nüvə mərkəzi hücumdan əvvəl başqa yerə köçürülübmüş.
Dünya narahatdır! Dünaya iynə üstündədir. Dünya Üçüncü dünya müharibəsinin astanasındadır. Hər dəqiqənin bir hökmü var! İndi həm də güclü və odlu silahlardan daha çox ağıllı və soyuq başlara ehtiyac var!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!