Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp “Time” nəşrinə müsahibəsində Qəzzaya səfərini açıqlayıb və İsrailə ultimatum verib, eyni zamanda İordan çayının qərb sahilinin mümkün ilhaqının nəticələri barədə xəbərdarlıq edib.
“Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. İndi də bu baş verə bilməz. Bizim böyük ərəb dəstəyimiz var idi. Bu baş verməyəcək. Bu baş verərsə, İsrail ABŞ-dan bütün dəstəyi itirəcək”, – Tezadlar.az xəbər verir ki, Ağ Ev rəhbəri vurğulayıb.
Tramp qeyd edib ki, Yaxın Şərq heç vaxt bu qədər birləşməyib. Hazırda “kənar qrup olaraq yalnız HƏMAS qalır”.
Amerika lideri daha əvvəl bəyan etmişdi ki, ABŞ-ın Yaxın Şərqdəki bəzi müttəfiqləri radikal Fələstin hərəkatı sülh sazişlərini pozarsa, Qəzza zolağına qoşun yeritməyə hazırdır.
E.ŞİRİNOV