16 İyul 2025 / 09:35

Tramp bu gün Qətərə gedəcək

ABŞ prezidenti Donald Tramp iyulun 16-da Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə Qəzza zolağında atəşkəs və İran ətrafındakı vəziyyəti müzakirə etmək üçün görüşəcək.

Tezadlar.az bildirir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Axios”-un jurnalisti məlumat verib.

Qeyd olunur ki, Amerika lideri Vaşinqton və Tehran arasında yeni nüvə sazişinin əldə edilməsi üçün danışıqları bərpa etməyə can atır, həmçinin HƏMAS radikalları tərəfindən qaçırılan və Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsinə nail olmaq istəyir.

İyulun 9-da HƏMAS Fələstin anklavında atəşkəslə bağlı aparılan danışıqların bir hissəsi olaraq 10 girovun geri qayıtmağa razılaşdığını açıqlayıb. Həmin gün İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı bildirib ki, Qəzzada atəşkəs əldə etmək və bütün girovları əsirlikdən azad etmək üçün HƏMAS ilə razılığa gəlmək üçün yaxşı şans var.

Qəzza zolağında atəşkəslə bağlı İsrail və HƏMAS arasında dolayı danışıqlar iyulun 6-da Qətərin paytaxtı Dohada bərpa edilib.Tərəflər Qəzza zolağında 60 günlük atəşkəs üzərində işləyirlər və bu, israilli girovların azad edilməsini də əhatə edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!