16 Avqust 2025 / 03:30

Tramp Lukaşenkonun ailəvi qonağı olacaq

Çox maraqlıdır, Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət edib. Tezadlar.az CNN- türk- ə istinadla bildirir ki, Tramp isə artıq dəvəti qəbul edib. Məlumata görə, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli gündəliyə aid məsələləri, regional mövzuları və o cümlədən Ukrayna da daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər. Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!