Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2025 / 08:20

Tramp Maskın ağlını itirdiyindən məyus olduğunu deyib…

Mask Trampı hövsələdən çıxarmaqdadır… Elə ona görə də ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın “ağlını itirməsini” müşahidə etməkdən kədərləndiyini bildirib. Tezadlar.az xatırladır ki, Tramp “Truth Social” platformasında Maskın “Amerika” partiyasını yaratmaq planlarını şərh edib. Sitat:  “İlon Maskın son beş həftə ərzində tamamilə ağlını itirərək gəzən fəlakətə çevrilməsini müşahidə etmək məni kədərləndirir”, – o bildirib. Tramp əlavə edib ki, ABŞ-da üçüncü siyasi partiya heç vaxt uğur qazanmayıb, lakin bu fakta baxmayaraq, Maskı bu addımı atmaq istəyir: “Sistem bunun üçün nəzərdə tutulmayıb. Belə siyasi qüvvələr nifaq və xaos yaradır”.

Maskın isə Amerika Partiyasını yaradlb ölkəni daha irəli aparacağına böyük inamı var…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!