21 Yanvar 2026 / 11:25

Tramp NATO-nun ABŞ-a kömək edəcəyinə şübhə edir

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin onun ölkəsinə kömək edəcəyinə şübhə ilə yanaşdığını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ağ Evdə keçirilən mətbuat konfransında Tramp bildirib ki, ABŞ “NATO üçün hər kəsdən daha çox iş görüb”. Lakin Ağ Ev rəhbəri hesab edir ki, alyans ABŞ-a kömək etməyəcək.

“Amma NATO bizə ədalətli yanaşmalıdır. NATO ilə bağlı ciddi narahatlığım odur ki, biz NATO-ya çoxlu pul xərcləyirik və bilirəm ki, biz onlara kömək edəcəyik, amma həqiqətən də onların bizə kömək edəcəklərinə şübhə edirəm”, – deyə o bildirib.

Daha əvvəl Tramp BMT-nin münaqişələrin həllində ona kömək etmədiyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!