15 Oktyabr 2025 / 06:57

Tramp NATO ölkəsini cəza ilə hədələyib

İspaniya NATO müdafiəsini alır, lakin alyansa hörmətsizlik edir, buna görə ölkə cəzalandırılmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp argentinalı həmkarı Xavyer Mayli ilə Ağ Evdə görüşü zamanı deyib.

O bildirib ki, İspaniya müdafiə xərclərini ÜDM-in beş faizinə qədər artırmayan yeganə NATO ölkəsidir. Bunun üçün ölkə tariflərlə cəzalandırılmalıdır.

“İspaniya, istəməsələr belə, avtomatik olaraq müdafiə alır. Məncə, İspaniyanın etdikləri NATO üçün çox pis və ədalətsizdir. Məncə, onlar buna görə cəzalandırılmalıdırlar”, – o deyib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!