Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin aparıcı media orqanlarından biri olan “12-ci kanal”ın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun üzərinə təzyiq göstərir ki, “HƏMAS” qısa müddət ərzində məğlub edilsin. Tezadlar.az xəbər verir ki, telekanalın anonim mənbəyə istinadla yaydığı xəbərdə bildirilir ki, Trampın bu sərt mövqeyi Netanyahunun Qəzza zolağının tam hərbi işğalını tələb etməsinə və ya İsrailin şərtlərinə əsaslanan hərtərəfli razılaşma əldə olunmasında israr etməsinə səbəb olub. Mənbəyə görə, Tramp girovların azad olunması məsələsində ictimaiyyət qarşısında verdiyi bəyanatlara baxmayaraq, qapalı görüşlərdə bildirib ki, “HƏMAS” heç vaxt bütün girovları geri qaytarmayacaq. Hazırda İsraildə həm siyasi dairələrdə, həm də ictimaiyyətdə bu iddialar geniş müzakirə mövzusuna çevrilib. İsrail hökumətindən və Trampın ofisindən hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.