30 Oktyabr 2025 / 13:18

Tramp nüvə silahı barədə tapşırıq verdi

ABŞ prezidenti Donald Tramp Pentaqona “dərhal ABŞ-ın nüvə silahlarının sınaqlarına başlamaq” barədə göstəriş verdiyini bildirib. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” şəbəkəsində qeyd edib. O, paylaşımında bildirib ki, Birləşmiş Ştatlar digər ölkələrdən daha çox nüvə silahına malikdir: “Ölkə mənim birinci səlahiyyət müddətim ərzində buna, o cümlədən mövcud silahlarının tam yenilənməsi və modernləşdirilməsinə nail olub. Böyük dağıdıcı gücü nəzərə alaraq, mən bunu etmək istəmədim, amma başqa yol yoxdur. Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Digər ölkələrin sınaq proqramlarını nəzərə alaraq, Müdafiə Departamentimizdə nüvə silahlarının sınaqdan keçirilməsinə başlamışam. Bu proses dərhal başlayacaq”, – deyə Tramp qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!