Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

O, həmçinin Rusiya ilə nüvəsizləşdirmə danışıqları apardığını bildirdi
ABŞ Prezidenti Donald Tramp Amerika ordusuna 33 ildən sonra ilk dəfə nüvə silahlarının sınaqlarını dərhal bərpa etməyi əmr edib.
Tezadlar.az xəbər verir ki, “TruthSocial” sosial media platformasındakı paylaşımda o, Pentaqona Amerika nüvə arsenalının sınaqlarını digər nüvə gücləri ilə “bərabər əsasda” keçirməyi tapşırdığını bildirib.
“Digər ölkələr tərəfindən aparılan sınaq proqramları nəzərə alınmaqla, Müdafiə Nazirliyinə nüvə silahlarımızı bərabər əsasda sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, – Tramp yazıb. – “Rusiya ikinci, Çin isə uzaq üçüncü yerdədir, lakin beş il ərzində buna çatacaq.”
“Reuters”-in məlumatına görə, Silahlara Nəzarət Assosiasiyasının direktoru Deril Kimball bildirib ki, ABŞ-ın keçmiş Nevada Sınaq Sahəsində nəzarətli yeraltı nüvə sınaqlarını bərpa etməsi üçün ən azı 36 ay vaxt lazımdır.
“Tramp səhv məlumatlandırılıb və reallıqdan uzaqdır. ABŞ-ın 1992-ci ildən bəri ilk dəfə nüvə silahı sınaqlarını bərpa etmək üçün heç bir texniki, hərbi və ya siyasi səbəbi yoxdur”, – Kimball bildirib.
Trampın Milli Nüvə Təhlükəsizliyi Administrasiyası tərəfindən aparılacaq nüvə silahı sınaqlarını, yoxsa nüvə qabiliyyətli raketlərin uçuş sınaqlarını nəzərdə tutduğu bəlli deyil.
Daha sonra “Air Force One” verilişində Tramp 30 illik moratoriumdan sonra ABŞ-ın nüvə sınaqlarını bərpa etməsinin “uyğun” olacağını təsdiqləyib, eyni zamanda Rusiya ilə nüvəsizləşdirmə danışıqları apardığını bildirib.
“Bizim hər kəsdən daha çox nüvə silahımız var. Biz sınaq keçirmirik… amma başqaları sınaq keçirdiyinə görə, düşünürəm ki, biz də sınaq keçirməliyik”, – Tramp qeyd edib.
O, ABŞ-ın nüvə sınaqlarının nə vaxt və harada keçiriləcəyini dəqiqləşdirmədi və yalnız “Bizim sınaq sahələrimiz var. Bu, elan ediləcək” deyib.
ABŞ-ın daha təhlükəli nüvə mühitinə girməsindən narahat olub-olmadığı soruşulduqda, Tramp “Düşünürəm ki, hər şey nəzarət altındadır” cavabını verib.
O, həmçinin Rusiya ilə nüvəsizləşdirməni müzakirə etdiyini bildirib.
Tramp vurğulayıb ki, “Əgər biz nəsə etsək, Çin də bizə qoşulacaq”.
E.ŞİRİNOV