6 Avqust 2025 / 06:35

Tramp öz varisini ABŞ-ın gələcək prezidenti adlandırıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident J.D.Vens qarşıdan gələn Respublika seçkilərində ən çox ehtimal olunan namizəddir.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

ABŞ liderinin sözlərinə görə, bu barədə danışmaq hələ tezdir.

“O, çox güman ki, vitse-prezidentdir. Hələ tezdir, amma o, əla iş görür. O, yəqin ki, hazırda favoritdir”, – o deyib.

Trampın sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio kimi başqa iddiaçılar da var.

Bundan əvvəl Donald Tramp dövlət başçısı olduğu ilk 100 gündə bir dənə də olsun səhv etmədiyi ilə öyünüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!