28 Oktyabr 2025 / 09:41

Tramp özündən sonra ABŞ prezidenti vəzifəsinə ən yaxşı namizədlərin adını açıqladı

ABŞ prezidenti bildirib ki, “ABŞ-da yaxşı insanlar var”

ABŞ prezidenti Donald Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyə etiraz etmədiyini bildirib, lakin üçüncü müddətin konstitusiyaya zidd olduğunu nəzərə alaraq, vitse-prezident J.D. Vens və dövlət katibi Marko Rubionu özünün əsas namizədləri hesab edir.

Tezadlar.az bildirir ki, “Politico”-nun məlumatına görə, o, bu açıqlamanı “Air Force One” təyyarəsindəki jurnalistlərə verib.

Mətbuat nümayəndələri Trampdan bu yaxınlarda Ağ Evin keçmiş strateqi Stiv Bennon tərəfindən irəli sürülən üçüncü müddətə namizədlik ideyası ilə bağlı mövqeyini soruşublar.

“Mən bunu etmək istərdim. İndiyə qədər ən yaxşı nəticəni əldə etmişəm”, – deyə Tramp bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!