Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 22:38

Tramp özünü “tariflərin kralı” elan etdi və onları hədələdi

ABŞ prezidenti ABŞ-ın Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyacı olduğunu bildirdi

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Qrenlandiya üzərində nəzarətinə qarşı çıxan ölkələrə tariflər tətbiq etməklə hədələdi. O, bu açıqlamanı Ağ Evdə keçirilən tədbirdə edib.

Tezadlar.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

“Əgər ölkələr ABŞ-ın Qrenlandiyaya iddiaları ilə razılaşmasalar, mən onlara tarif tətbiq edə bilərəm, çünki bizə milli təhlükəsizlik üçün Qrenlandiya lazımdır”, – deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin özünü “tarif kralı” adlandırıb. Agentlik vurğulayıb ki, bu açıqlama Demokratlar və Respublikaçılardan ibarət Konqres nümayəndə heyətinin Kopenhagendə gərginliyi azaltmağa çalışması ilə əlaqədar verilib.

Bundan əlavə, tədbir zamanı Tramp Avropa müttəfiqlərini dərman preparatlarına tariflərlə hədələdiyini açıqlayıb.

Trampın təhdidləri fonunda Avropa Qrenlandiyaya qoşun göndərir

DR əvvəllər Danimarkanın Qrenlandiyaya əlavə qüvvələr göndərdiyini bildirmişdi. Bildirilirdi ki, 12 yanvarda hərbi mütəxəssisləri daşıyan Danimarka Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Nuuk hava limanına eniş edib.

Daha sonra bir neçə Avropa ölkəsi Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək üçün Danimarkaya əsgər göndərməkdə qoşuldu. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, niyyət Qrenlandiyaya daha çox Danimarka əsgəri göndərməkdir və digər NATO müttəfiqləri rotasiya əsasında iştirak etməyə dəvət olunub.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!