Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Polşada baş verən pilotsuz təyyarə hadisəsi ilə bağlı insidenti şərh edib.
Tezadlar.az bu barədə Fox News-a istinadən xəbər verir.
Trampın fikrincə, hadisə baş verməməli idi, çünki o bölgədə heç bir pilotsuz təyyarə olmamalı idi. O, həmçinin əlavə edib ki, pilotsuz təyyarəyə hücum etməyin ən yaxşı yolu onu “söndürmək”dir.
“Bunu şərh edə bilmərəm. Onlar orada olmamalı idilər. Pilotsuz təyyarəyə ən yaxşı hücum onu sıradan çıxarmaqdır. Mən Polşadan başqa heç kimi müdafiə etmək fikrində deyiləm. Düzdür (dronlar – RED.) ərazidə vurulub, qəzaya uğrayıblar, amma yenə də Polşaya yaxınlaşmamalı idilər”, – o deyib.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk ölkəsinin ərazisində bir neçə Rusiya pilotsuz təyyarəsinin tapıldığını bəyan edib. Daha sonra Rusiya Müdafiə Nazirliyi hadisəyə münasibət bildirib.
E.ŞİRİNOV