14 Oktyabr 2025 / 08:04

Tramp Putindən əlini üzüb, gümanı Ərdoğanadır…

Ötən gün ABŞ prezidenti Donald Trampdan maraqlı açıqlama gəldi. O, hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin həllinəş yalnız Rəcəb Tayyib Ərdoğan  əncam çəkə bilər. Tramp oktyabrın 13-də Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında belə deyib. Jurnalistin “Türkiyə prezidenti Ərdoğan  bu böhranın həllinə kömək edə bilərmi?” sualına Tramp belə cavab verib: “Ərdoğan kömək edə bilər. Rusiyada ona hörmət edirlər, amma Ukrayna haqqında danışa bilmərəm. Rusiya prezidenti Vladimir Putin də ona hörmət edir və o, mənim dostumdur”.

Əslində, bu o deməkdir ki, Tramp Putindən bu məsələdə əlini üzüb. Çünki bütün danışıqlarda Rusiya prezidenti sülh danışıqlarına hazır olduğunu desə də, sonradan əks addımlar atıb…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!