11 İyul 2025 / 08:01

Tramp Putinə son sözünü deməyə məcbur oldu

Putinin hərəkətlərindən bezən ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, bu barədə ABŞ Prezidenti “BC News” telekanalına müsahibəsində bildirib. Sitat: “Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm…”.

Tramp deyəcəklərini hələki sirr saxlayır və o, qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüatlar verməkdən imtina edib. “Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik”.

Heç şübhəsiz ki, Ttamp Rusiya ilə bütün ümidverici əlaqələrə nöqtə qoyacağına işarə vurub. Çünki son günlər Rusiyanın Ukrayna ilə sülh danışıqlarına məhəl qoymadan raket hücumlarını intensivləşdirib…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!