Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vladimir Zelenski ilə görüşündə Rusiya prezidenti Vladimir Putinin avqustun 15-də Alyaskaya səfərini gözəl hesab etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, o, ABŞ və Rusiya arasında Ankoricdə keçirilən sammitə medianın son dərəcə mənfi yanaşdığına diqqət çəkib. “Nümunə olaraq, Vladimir Putinin Amerika torpağına səfərinin Donald Tramp üçün böyük məğlubiyyət olduğunu göstərdilər. Xeyr, onun etdikləri həqiqətən də gözəl idi. Açığı, bu, onun üçün asan olmadı”, – Tramp bildirib.
“Bu, onların (medianın) dediklərinin əksi idi. Əgər o (Putin) gəlməsəydi, bunun Tramp üçün də pis olduğunu deyərdilər”, – ABŞ prezidenti əlavə edib.
Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı hərbi bazada görüşüblər. Görüş formatların dəyişdirilməsi də daxil olmaqla, təxminən üç saat davam edib: danışıqların əsas yerinə gedən yolda Amerika liderinin limuzinində təkbətək və dar formatda “üçə-üç”. Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, Amerika tərəfdən dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.
E.ŞİRİNOV