27 Fevral 2025 / 22:56

Tramp Putinin sözünə arxayın olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı razılıq əldə olunarsa, Rusiya lideri Vladimir Putinin sözünün üstündə duracağına əmin olduğunu bildirib.

Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

“Nə olacağını heç vaxt bilmirsən. Haqqında səni heç vaxt aldatmayacaqlarını dedikləri bir çox insan tanıyıram, amma dünyanın ən qorxunc insanları oldular. Onlar isə başqaları haqqında dedilər ki, sizi mütləq aldadacaqlar, amma 100% düz çıxdılar”, – deyə siyasətçi bildirib.

Onun fikrincə, Moskva ilə razılaşmalar davamlı olacaq. “Sülh razılaşması olacağı təqdirdə Rusiya yeni hərbi əməliyyatlara başlamayacaq”, -Tramp bildirib.

Putin bundan əvvəl demişdi ki, Rusiya heç vaxt Ukrayna böhranını sülh yolu ilə həll etməkdən imtina etməyib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ciddi beynəlxalq dialoqun başlanması üçün şərait yaradıb.

“Həm Ukrayna, həm də digər böhranların əsaslı həlli üzrə dialoq, o cümlədən, əlbəttə ki, biz bu barədə həmişə danışırıq, bundan heç vaxt, sülh yolu ilə imtina etmirik”, – deyə dövlət başçısı vurğulayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!