15 İyul 2025 / 22:52

Tramp Putinlə bağlı açıqlama verib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu təsdiqləməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Bir gün əvvəl Amerika lideri rusiyalı həmkarı ilə “məyus olduğunu, lakin münasibətlərin bitmədiyini” söyləyib. Putinə güvənmək barədə suala Tramp cavab verib ki, demək olar ki, heç kimə güvənmir.

Çərşənbə axşamı, iyulun 15-də jurnalistlərlə söhbətində Donald Tramp Ukraynadakı vəziyyətlə bağlı bir sıra açıqlamalar verib, həmçinin Rusiya rəhbəri ilə görüşə hazır olub-olmaması sualını cavablandırıb.

“Prezident Putinlə işlərin necə gedəcəyini görəcəyik. İndiyə qədər mən prezident Putindən çox məyus olmuşam. Son üç ayda bir çox müharibələrə son qoymuşam. Amma bu (Ukraynadakı münaqişə), hələ edilməyib”, – Tramp qeyd edib.

ABŞ prezidenti Ukraynadakı qarşıdurmanı “Bayden müharibəsi” adlandırıb.

Tramp indi Ukraynanın tərəfində olub-olmaması sualına da mənfi cavab verib. Amerika liderinin sözlərinə görə, o, “bəşəriyyətin tərəfindədir” və qan tökülməsinə son qoyulmasını istəyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!