Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyul 2025 / 09:12

Tramp Putinlə söhbətindən narazı qalıb, çünki…

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampı danışıq tərzi ilə təəccübləndirməyi bacarıb.

Tezadlar.az xəbər verir ki, bu barədə amerikalı jurnalist və akademik Jill Dogerti CNN telekanalında danışıb.

O, Rusiya liderinin dörddə bir əsrdir hakimiyyətdə olan və “manipulyasiya etməyi bilən” təcrübəli siyasətçi olduğuna diqqət çəkib. Jurnalistin fikrincə, Putin “istədiyini ortaya qoyub və o, güc və ya danışıqlar yolu ilə əldə etməyin yolunu tapacaq”. – “Bu, onun iş tərzidir” deyib.

Dogerti bu vəziyyətə heç də təəccüblənmədiyini qeyd edib.

Bundan əvvəl Tramp Putinlə söhbətindən sonra narazılığını bildirib.

“Biz Ukraynadakı münaqişə barədə də danışdıq, mən şad deyiləm. Çünki münaqişənin həllində heç bir irəliləyiş yoxdur”, – o deyib.

Rusiya və ABŞ liderləri arasında növbəti söhbət iyulun 3-də baş tutub.Tərəflər bir saata yaxın danışıblar.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!