Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Knessetə (İsrail parlamenti) gəldikdən sonra Fələstinin HƏMAS hərəkatının Qəzza münaqişəsinin həlli üçün sülh planı çərçivəsində tərksilah etməyə razılaşacağını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, “Reuters” bu barədə amerikalı liderə istinadən məlumat yayıb.
Prezident Knessetin ziyarətçilər kitabını imzalayaraq qeyd edib ki, münaqişəyə son qoymaq onun üçün “böyük şərəfdir”. O əlavə edib ki, “böyük və gözəl gün”dür.
Oktyabrın 10-na keçən gecə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi hökumətin “bütün girovların azad edilməsi ilə bağlı sazişi” təsdiqlədiyini açıqlayıb. Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsi üzrə razılıq əldə etdiklərini açıqlayıb. Onun sözlərinə görə, bu mərhələ bütün girovların azad edilməsini və İsrail qoşunlarının Qəzzada razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.
E.ŞİRİNOV