Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2025 / 10:18

Tramp Qəzzada atəşkəsin bu müddətdə əldə olunacağını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında atəşkəs yaxın həftə ərzində (iyun ayının 30-dan iyulun 6-dək) ​​əldə oluna bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Biz inanırıq ki, növbəti həftə ərzində atəşkəsə nail ola biləcəyik”, – Amerika lideri jurnalistlərə deyib.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatına başlanılıb, məqsədinin girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi olduğu bildirilib.

Mayın 29-da HƏMAS və İsrail 60 günlük atəşkəsə razılaşıblar. Tərəflərin qəbul etdiyi planda Qəzza sakinlərinə BMT-nin humanitar yardımının bərpası da nəzərdə tutulub. Bu, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun təmsil etdiyi ABŞ tərəfindən irəli sürülüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!