Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Yanvar 2026 / 12:20

Tramp Qrenlandiya məsələsində “geri dönüş yoxdur” deyib

Qrenlandiya ABŞ-ın və dünyanın təhlükəsizliyinin təmin edilməsində mərkəzi rol oynayır.

Tezadlar.az bildirir ki, bu açıqlamanı ABŞ prezidenti Donald Tramp verib.

“Qrenlandiya milli və qlobal təhlükəsizlik üçün çox vacibdir. Sadəcə, geri dönüş yoxdur – hamı bununla razıdır!” – o, Truth Social sosial media platformasında yazıb.

Tramp həmçinin Kanada, Qrenlandiya və Venesuelanın ABŞ bayrağı altında dalğalandığı görüntüləri də paylaşıb.

Bir müddət əvvəl Amerika lideri NATO-nun baş katibi Mark Rutteyə zəng etdiyini və onunla Qrenlandiya məsələsini müzakirə etdiyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!