Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Rusiyanın Ukraynaya qarşı müharibəsini tez bir zamanda bitirə biləcəyimə inanırdım. Ancaq məlum oldu ki, bunu etmək o qədər də asan deyil…”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “77 WABC” radiosuna müsahibəsində deyib. Tramp bir daha bəyan edib ki, ikinci prezidentlik müddəti başlayandan bəri, o, yeddi müharibəni bitirə bilib. Onun sözlərinə görə, bu müharibələrdən bəzilərinin ömrü 30 ildən çox olub. O, etiraf edib ki, əvvəllər Vladimir Putinlə yaxşı anlaşdığı üçün Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etməyin onun üçün çox asan olacağına inanırdı. Tramp bildirib ki, o sülhün çox yaxın olduğunu düşünməyə başlayanda Putin Ukraynaya raket və dronlarla hücum edir.Sitat: “Əslində çox təəccüblənirəm. Mən dedim ki, bu iş kifayət qədər tez həll olunacaq. Amma bu, mürəkkəbdir. Putinlə Zelenski arasında böyük nifrət var. Bildiyiniz kimi, böyük düşmənçilik var və çoxlu qan tökülüb”, – Tramp deyib. Tramp onu da əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hər həftə 5-7 min insan ölür.
İndi Ukraynanın yeganə çıxış yolu Rusiyaya qarşı güclü silahlanmaqla Avropa və ABŞ- ın güclü dəstəyinə nail olmaqdır. Əks halda, Rusiya dünya hegemonluğunda qalacaq və bu, ABŞ- ın və Avropanın məğlubiyyəti deməkdir!
A.Məmmədli