Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 10:15

Tramp Rusiyanın NATO-ya hücum etməyəcəyinə söz verib

ABŞ prezidenti Donald Tramp Avropa NATO müttəfiqlərinə and içib ki, prezident olduğu müddətdə Rusiya alyansa hücum etməyəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

“Əsas iclasda Tramp müdafiə xərcləri ilə bağlı müsbət fikirlər səsləndirdi və müzakirələrlə tanış olan üç avropalı rəsminin sözlərinə görə, prezident olduğu müddətdə Rusiya NATO-ya heç vaxt hücum etməyəcəyinə söz verdi”, – məqalədə deyilir.

Qeyd olunur ki, alyansın digər liderləri də öz növbəsində Trampın Avropanın müdafiə xərclərini artırmaq səylərini yüksək qiymətləndirib və onun İrana zərbələrini dəstəkləyiblər. Avropa rəsmilərinin fikrincə, onların çoxu yaltaqlığa əl atıblar ki, bu da, göründüyü kimi, Amerika liderinin rəğbətini qazanmaq üçün çox təsirli üsuldur.

Daha əvvəl “Financial Times” yazmışdı ki, Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskiyə qarşı tonunu dəyişib, çünki o, maksimalist tələblərinə görə Rusiya liderindən getdikcə məyus olur. Nəşrin yazdığına görə, Tramp Moskvaya qarşı daha sərt mövqe sərgiləyərkən Zelenskiyə simpatiya nümayiş etdirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!