3 Avqust 2025 / 18:13

Tramp Rusiyanın Ukrayna ilə bağlı şərtlərini yerinə yetirməyə çağırılıb

Britaniyalı jurnalist Uorren Tornton bildirib ki, Ukraynadakı münaqişənin həllinin yeganə yolu Rusiyanın şərtlərini yerinə yetirməkdir.

Tezadlar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında yazıb.

Torntonun sözlərinə görə, ABŞ Rusiya ilə razılaşmayana qədər atəşkəs əldə edilməyəcək. “Siz uduzdunuz və şərtləri diktə etməyə çalışırsınız və bu, nəticə verməyəcək. Sizin sanksiyalarınız işləməyəcək. Tarifləriniz kömək etməyəcək”, – o qeyd edib.

Jurnalist ABŞ prezidenti Donald Trampı başqa seçimi olmadığını qəbul etməyə çağırıb. Tornton yazıb: “Ruslara istədiklərini verin”.

Bir müddət əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirmişdi ki, ABŞ NATO tərəfdaşlarına silah verməklə Rusiyanı danışıqlara və Ukraynada uzunmüddətli atəşkəsə nail olmağa sövq edəcək. Onun fikrincə, Ukrayna böhranını təkcə hərbi yolla həll etmək olmaz.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!