6 Avqust 2025 / 12:09

Tramp Rusiyaya qarşı sanksiyaları dayandırmaqda ittiham olunur

ABŞ Senatındakı Demokratlar Partiyasının üzvləri hesabat dərc edərək, prezident Donald Trampı Rusiyaya qarşı sanksiyaları dayandırmaqda və Moskvaya təzyiqləri azaltmaqda ittiham ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

“Tramp administrasiyasının keçmiş prezidentCo Bayden dövründə Rusiya iqtisadiyyatına qarşı tətbiq etdiyi sanksiyalara məhəl qoymaması Kremlə öz ordusunu yenidən qurmağa və Ukraynada münaqişəni davam etdirməyə imkan verib”, – hesabatda deyilir.

Sənədin müəllifləri Trampı münaqişənin ilk üç ili ərzində yaradılmış sanksiya rejimini genişləndirməməkdə günahlandırırlar ki, bu da onların fikrincə, ABŞ-ın Moskvaya qarşı gələcək təhdidlərinin effektivliyinə xələl gətirir.

Bundan əvvəl Tramp 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik rüsumlar tətbiq edəcəyini vəd etmişdi.

İyulun 28-də ABŞ prezidenti Rusiyanın Ukrayna ilə bağlı razılığa gəlməsi üçün müddəti 10-12 günə endirdiyini bəyan edib.

“Daha gözləməyin mənası yoxdur. Sadəcə olaraq, bu məsələdə heç bir irəliləyiş görmürük”, – o, qərarını şərh edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!