Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Amerika administrasiyasının Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin qısamüddətli olacağı fikrini bildirib.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Əhəmiyyətli adlandırdığı yeni sanksiyalara münasibət bildirən Tramp, onların Rusiyanın iki ən böyük neft şirkətini hədəf aldığını qeyd edib.
Eyni zamanda Amerika lideri bu məhdudiyyətlərin qısamüddətli olacağına ümid etdiyini bildirib.
Xəbər verdiyimiz kimi, Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etmək qərarına gəlib.
Bundan əvvəl ABŞ Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı.
E.ŞİRİNOV