21 Yanvar 2026 / 10:38

Tramp Somalinin bir ölkə olmadığını bəyan etdi

ABŞ prezidenti Donald Tramp Somalinin real bir ölkə olmadığını bəyan etdi.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bu açıqlama Somalinin BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrliyi fonunda verilib. Bu barədə danışan Ağ Ev rəhbəri Somalinin “ölkəyə bənzəyən heç bir şeyinin olmadığını” bildirib.

“Somali hətta bir ölkə də deyil. Onların bir ölkəyə bənzəyən heç bir şeyi yoxdur. Və əgər onlar bir ölkə olsaydılar, dünyanın ən pislərindən biri hesab olunardılar”, – deyə o bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!