7 Oktyabr 2023 / 05:04

TRAMP: SÜNİ İNTELLEKT ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNƏ SƏBƏB OLA BİLƏR

ABŞ-ın keçmiş prezidenti Donald Trampın fikrincə, süni intellektin xeyir üçün istifadə edilməsi üçün heç bir səbəb yoxdur.

“Just the News”-a müsahibə verən siyasətçi süni intellektni “həqiqətən təhlükəli” hesab etdiyini söyləyib.

“Süni intellektin nə edə biləcəyi heyrətamizdir, lakin mən onun yaxşılığa doğru istifadə edilməsinin bir səbəbini düşünə bilmirəm”, – Tramp deyib.

O, AI texnologiyası üçün istifadə hallarını nümayiş etdirən videolara baxmaqdan danışıb.

“İnternetdə heç vaxt vermədiyim açıqlamaların görüntülərini gördüm, onlar dəhşətli idi”, – Tramp deyib.

ABŞ-ın keçmiş prezidenti bildirib ki, süni texnologiyaların bu cür nəticələri Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!