5 Sentyabr 2025 / 08:57

Tramp tezliklə Putinlə danışacağını bildirib

ABŞ prezidenti etiraf edib ki, Ukraynadakı müharibəni, göründüyü kimi, dayandırmaq asan deyil

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib və həmçinin etiraf edib ki, Ukraynada müharibəni dayandırmaq asan deyil.

Tezadlar.az xəbər verir ki, o, bunu Ağ Evdə dünyanın ən böyük İT şirkətlərinin rəhbərləri ilə eksklüziv şam yeməyi zamanı deyib.

ABŞ prezidentinə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdıqdan sonra Putinlə danışıb-danışmayacağı sualı verilib. Tramp “Bəli, edəcəyəm” deyə cavab verib və əlavə edib ki, onunla Rusiya prezidenti arasında “çox yaxşı dialoq” var.

“Yeddi müharibəni həll etdim. Düşündüyüm ən asanlardan biri olmalı idi… Siz bu hissi bilirsiniz: bir şeyin daha asan olacağını düşünürsən və bir az daha çətin olur”, – o deyib.

O, Ukraynadakı müharibəni “Rusiya-Ukrayna fəlakəti” adlandırıb, burada onun sözlərinə görə, “bu həftə 7014 nəfər ölüb” və onların əksəriyyəti əsgərlərdir.

Və Ukraynadakı müharibə, Trampın qeyd etdiyi kimi, “daha ​​mürəkkəb olduğu ortaya çıxsa da, o, “biz bunu edəcəyik, həll edəcəyik”, – deyə əminliyini ifadə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!